Prezidentin Qarabağa səfəri Türkiyə mediasında

Prezidentin Qarabağa səfəri Türkiyə mediasında
  28 Aprel 2021    Oxunub:3157
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyevanın aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfəri Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
“Haber global”, “TRT Haber”, “TRT Avaz” telekanalları, “Sabah”, STAR və digər qəzetləri Prezident İlham Əliyevin Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirakı, buradakı hərbi arsenal, o cümlədən avtomobil və avadanlıqlarla tanış olması, hərbi qulluqçuları ilə görüşü və çıxışı, bölgədə yeni təməlqoyma mərasimlərində iştirakı, bərpa işləri ilə tanışlığı, vətəndaşlarla söhbəti və səfərin digər mühüm məqamları barədə materialları video və fotoların müşayiəti ilə təqdim ediblər.





Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti