Ermənistan MTX-nın sabiq direktoru Şuşaya görə dindirildi

 Ermənistan MTX-nın sabiq direktoru Şuşaya görə dindirildi
  28 Aprel 2021    Oxunub:2754
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən partiyasının lideri Artur Vanetsyan İstintaq Komitəsinin Baş hərbi istintaq idarəsinə çağırılıb.

Azvision.az xəbər verir ki, bu barədə Vanetsyanın vəkili Lusine Saakyan bildirib.
Onun sözlərinə görə, Vanetsyan Qarabağda hərbi əməliyyatlar zamanı ehtimal olunan fərarilik barədə izahat verib.

Müharibədən sonra Vanetsyan Dağlıq Qarabağda döyüş əməliyyatları zamanı rəhbərlik etdiyi dəstənin Şuşa ətrafındakı mövqeləri tərk etməsində günahlandırılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArturVanetsyan  



Xəbər lenti