Suriyadakı seçkiləri bu ölkələr müşahidə edəcək

Suriyadakı seçkiləri bu ölkələr müşahidə edəcək
  28 Aprel 2021    Oxunub:2583
Suriyanın Xalq Şurası (parlament) səs çoxluğu ilə ölkədə keçiriləcək prezident seçkilərində "dost ölkələr"dən olan müşahidəçilərin gəlməsi barədə qərarı təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə “SANA” dövlət agentliyi məlumat yayıb.

Qeyd edək ki, Suriyada prezident seçkiləri bu il 26 may tarixində keçiriləcək. Parlamentin qərarına əsasən, Ermənistan, Rusiya, Oman, İran, Çin, Cənubi Afrika, Nikaraqua, Boliviya, Belarus, Venesuela, Kuba və Ekvadorun deputatları seçkilərə müşahidəçi olaraq dəvət ediləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya   Ermənistan   Seçki  





Xəbər lenti