Nazarbayev Assambleya sədri vəzifəsindən getdi

Nazarbayev Assambleya sədri vəzifəsindən getdi
  28 Aprel 2021    Oxunub:2389
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Qazaxıstan Xalqı Assambleyasının sədri vəzifəsini tərk edib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

O, Assambleyanın sədri səlahiyyətlərini dövlət başçısı Kasım-Jomart Tokayevə təhvil verdiyini bəyan edib.

Nazarbayev 1995-ci ildən bəri Qazaxıstan Xalqı Assambleyasına rəhbərlik edib. Sabiq dövlət başçısı dəstəyə görə Assambleya üzvlərinə təşəkkür edib. Öz növbəsində Tokayev ona Qazaxıstan Xalqı Assambleyasının fəxri sədri olmağı təklif edib. Nazarbayev bu təklifi qəbul edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NursultanNazarbayev  





Xəbər lenti