Koçaryan Türkiyə ilə sərhədlərin açılmasına qarşıdır

 Koçaryan Türkiyə ilə sərhədlərin açılmasına qarşıdır
  28 Aprel 2021    Oxunub:3642
Türkiyə ilə sərhədlərin açılması kənd təsərrüfatımıza böyük ziyan vuracaq.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan tərəfdarları ilə görüşdə bildirib.

“Biz deyə bilmərik ki, sərhədlərin bağlı olması yaxşıdır. Amma bu gün Türkiyə ilə sərhədin açılmasının kənd təsərrüfatındakı rəqabət səbəbiylə bu sahəyə böyük zərbə vuracağı aydındır”.

Koçaryan əlavə edib ki, Türkiyənin kənd təsərrüfatının daha yaxşı vəziyyətdə olduğu məlumdur, Türkiyə hökuməti əkinçiliyə böyük subsidiyalar verir.

"Bu, Ermənistanda demək olar ki, heç vaxt edilmir, üstəlik Kənd Təsərrüfatı Nazirliyi ləğv edildikdən sonra bu sahə tamamilə sahibsiz qalıb".

Koçaryan vurğulayıb ki, sərhəd indi açılsa, Ararat bölgəsinin əkinçiləri dəhşətli bir vəziyyətdə olacaqlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan   Ermənistan  





Xəbər lenti