“Ermənilər yeni dərs almaq istəmirlərsə, təxribatlara son qoymalıdırlar”

 “Ermənilər yeni dərs almaq istəmirlərsə, təxribatlara son qoymalıdırlar”
  28 Aprel 2021    Oxunub:3566
“Erməni faşizmi dünyanın ən eybəcər və ən vandal faşizmi olduğu kimi ermənisayağı revanşizm də olduqca təhlükəli və gözlənilməz ola bilər”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, bu səbəbdən Azərbaycan revanşistlərin başını ”Dəmir yumruq”la əzməyə həmişə hazır olmalıdır və hazırdır:

“Təsadüfi deyil ki, Prezident İlham Əliyev daim öz çıxışlarında Azərbaycanın və dünyanın ictimai diqqətini bu məsələyə çəkir və revanşistlərə qəti xəbərdarlıq edir. Hamıya aydındır ki, Ermənistanda belə qüvvələr var və onlar tək deyillər. Çünki revanşizmi xaricdən dəstəkləyən, erməni olan və olmayan digər güc mərkəzləri də var. Əgər belə olmasa idi, qəhrəman Azərbaycan ordusu tərəfindən darmadağın edilən, faktiki olaraq diz çökdürülən ermənilər revanşizmə cəhd edəcək cəsarəti özlərində tapa bilməzdilər. Elə Zəngilan rayonunun Seyidlər kəndi istiqamətində bizim sərhəd qoşunlarımıza atəş açılması da bunu təzahürüdür. Azərbaycan Prezidenti ermənilərin bu alçaq hərəkətinə də Zəngilandan, orada xidməti istifadəyə açılan sərhəd zastavasından cavab verdi”.

Deputatın sözlərinə görə, bu, əslində cavabdan daha çox qəti xəbərdarlıq idi. Azərbaycanın xəbərdarlığı ermənilərlə bərabər onların havadarlarına da edildi:

“Prezident İlham Əliyev şəxsi heyət qarşısında çıxış edən Ali Baş Komandan kimi dedi ki, əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Düşmənin yerindəcə necə məhv edildiyini ermənilər çox yaxşı bilirlər. Çünki 44 günlük müharibədə bunu əyani şəkildə görüblər və tarixləri boyu unutmayacaq bir dərs alıblar. Əgər daha bir yeni tarixi dərs almaq istəmirlərsə, bənzər təxribatlara son qoymalıdırlar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Zəngilan   Deputat   Prezident  





Xəbər lenti