AQTA Lənkəranda nöqsanlar aşkarladı

AQTA Lənkəranda nöqsanlar aşkarladı
  28 Aprel 2021    Oxunub:1702
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, Lənkəran şəhərində Z.Əliyeva küçəsində fiziki şəxs Baxşiyev Məhərrəm Tahir oğluna məxsus “Aura” marketində yoxlama aparılıb.

Yoxlama zamanı marketdə son istifadə müddəti bitmiş alkoqolsuz içki, marmelad, duz və kərə yağı məhsulları aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti