Gənclər erməni yalanlarına qarşı birgə mübarizə aparacaq
Çıxış edən "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, ABŞ Prezidenti Baydenin 1915-ci il hadisələrindən danışarkən "soyqırımı" terminindən istifadə etməsinin hüquq və tarixlə heç bir bağlılığı yoxdur: "ABŞ illərdir soyqırımı faktından Türkiyəyə qarşı siyasi şantaj vasitəsi kimi istifadə edirdi. Türkiyə bundan heç bir şey itirməyəcək.
Azərbaycan başda Prezident İlham Əliyev olmaqla, dövlət və xalq olaraq, erməni soyqırımı yalanına sərt reaksiya verərək, Türkiyə ilə həmrəylik nümayiş etdirdi. Düşünürəm ki, Azərbaycan və Türkiyə gəncliyi də erməni yalanlarına qarşı mübarizədə birgə çalışmalıdır".
Daha sonra çıxış edən Türkiyənin Öncü Gənclik Birliyinin sədri Ferdi Tanhan bildirib ki, Türkiyəni müdafiə etmək Azərbaycanı müdafiə etmək deməkdir. "Bir millət, iki dövlət" anlayışı bizim üçün çox dəyərlidir. Erməni soyqırımı yalanı hər iki dövləti hədəf alır. Baydenin qondarma soyqırımı bəyanatına qarşı Azərbaycan və Türkiyə gəncliyi birgə hərəkət etməlidir”.
Konfransda sonra Azərbaycan və Türkiyədən tanınmış gənclər təşkilatlarının sədrləri, ekspertlər çıxış edərək, birgə fəaliyyətin həyata keçirilməsi üçün təkliflər verib, həmrəylik nümayiş etdiriblər.
Azvision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


