Azad edilmiş ərazilərdə 454 min hektar torpaq sahəsi inventarlaşdırılıb

 Azad edilmiş ərazilərdə 454 min hektar torpaq sahəsi inventarlaşdırılıb
  28 Aprel 2021    Oxunub:3644
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 454 min hektar torpaq sahəsinin inventarlaşdırması başa çatıb.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qurum tərəfindən ümumilikdə 10 rayon üzrə 150 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşdırılıb.

"Hazırda 8 yaşayış məntəqəsində işlər davam etdirilir. 321 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub", - nazirlikdən bildirilib.

Azvision.az



Teqlər:





Xəbər lenti