Cərimələrdən daxil olan vəsaitlərin 43 faizi Ədliyyə Nazirliyinin hesabına köçürüləcək

Cərimələrdən daxil olan vəsaitlərin 43 faizi Ədliyyə Nazirliyinin hesabına köçürüləcək
  29 Aprel 2021    Oxunub:2427
Nazirlər Kabineti cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitdən istifadə Qaydasını təsdiqləyib.
Azvision.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi Ədliyyə Nazirliyinin hesabına köçürülməsi müəyyən edilib.

Bu vəsaitdən istifadə qaydasını müəyyən etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub.

Qaydaya əsasən, vəsaitin 50 faizi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatının Probasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinə hər ay əmək haqqına əlavələr formasında verilməklə istifadə ediləcək. Qalan vəsait isə Probasiya Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə istifadə olunacaq.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti