İstanbulda terror aktının qarşısı alındı

   İstanbulda terror aktının qarşısı alındı
  29 Aprel 2021    Oxunub:2614
Türkiyənin İstanbul şəhərində terror aktının qarşısı alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin daxili işləri naziri Süleyman Soylu bildirib.

Nazirin sözlərinə görə, PKK terrorçularının İstanbulda avtomobilə yerləşdirdiyi 5 kiloqram partlayıcı maddə ələ keçirilib. Terror cəhdində şübhəli bilinən iki nəfər saxlanılıb. Hazırda faktla bağlı araşdırmalar davam edir.

Azvision.az


Teqlər: İstanbul   Terror   PKK  





Xəbər lenti