Koronavirusa yoluxma sayı 150 milyonu keçdi
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 164 min 170 nəfərdir. İndiyədək 127 milyon 775 min 690 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 32 983 695 nəfər virusa yoluxub, 588 337 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 18 376 524 nəfərdə virus aşkar edilib. Xəstələrdən 204 802 nəfər həyatını itirib.
Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 14 523 807 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 398 343 nəfəri vəfat edib.
Dördüncü yerdə qərarlaşan Fransada 5 565 852 yoluxma, 103 918 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Rusiyada 4 787 273 nəfər virusa yoluxub ki, onlardan 109 367-i ölüb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Statistika







Vaxtında, Aydın, Lazımlı!


