“Baydenin məqsədi Türkiyəni ittiham etmək deyil” - ABŞ dövlət katib
"Baydenin Prezident Ərdoğanla çox yaxşı telefon danışığı olub. Onlar bir araya gəlməyi səbirsizliklə gözləyirlər”.
Blinken deyib ki, iki ölkə arasında fikir ayrılıqları olsa da, Türkiyə NATO-da ABŞ-ın müttəfiqidir. Onun sözlərinə görə, Baydenin 24 aprellə bağlı bəyanatı hər hansı ittiham irəli sürmək məqsədi daşımır.
İki ölkənin bir çox regional və qlobal ortaq maraqlara sahib olduğunu ifadə edən Blinken, "açıqlamanın məqsədi hər hansı ittiham irəli sürmək yox, sadəcə həmin hadisələri yaşayanların xatirəsini anmaq idi", - deyib.
Pərvanə Sultanova
Azvision.az