Haitidə ağır qəzada 21 nəfər ölüb

Haitidə ağır qəzada 21 nəfər ölüb
  29 Aprel 2021    Oxunub:878
Haitinin mərkəzində, Vilyamson yaşayış məntəqəsi yaxınlığında iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 21 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat verib. Yaralanan bir neçə nəfərin vəziyyəti ağırdır. Yol qəzasında xəsarət alanlar yaxınlıqda yerləşən tibb müəssisələrinə aparılıb.

İlkin məlumatlara görə, qəza avtobus sürücülərindən birinin ötmə əməliyyatını yerinə yetirərkən qarşı zolağa çıxması nəticəsində baş verib.


Azvision.az


Teqlər: Haiti   Yol-qəzası  



Xəbər lenti