Sabiq icra başçısı 5 maddə ilə ittiham olunur

 Sabiq icra başçısı 5 maddə ilə ittiham olunur
  29 Aprel 2021    Oxunub:1988
Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədova qarşı irəli sürülən ittihamlar məlum olub.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd olunub.

Belə ki, A.Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azvision.az


Teqlər: Şəmkir   Sabiq   İcra   Başçı  





Xəbər lenti