Avropa İttifaqından minalanmış ərazilərlə bağlı İrəvana çağırış

Avropa İttifaqından minalanmış ərazilərlə bağlı İrəvana çağırış
  29 Aprel 2021    Oxunub:4694
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanın 9 noyabr (10 noyabr- red.) 2020-ci ildə əldə etdiyi atəşkəs razılaşmasından sonra baş vermiş bir sıra müsbət nəticələri alqışlayır.
Azvision.az xəbər verir ki, bu barədə Aİ-nin yaydığı bəyanatda deyilir.

Müsbət məqamlar olaraq cəsədlərin qalıqlarının qaytarılması, müharibədən təsirlənmiş əhaliyə humanitar yardım göstərilməsi vurğulanıb. Eyni zamanda, atəşkəsin möhkəmlənməsi də alqışlanıb.

Bununla yanaşı, Avropa İttifaqı hər iki ölkə arasında etimadın artırılması və davamlı sülhə doğru irəliləmək üçün yeni səylərin lazım olduğunu bəyan edib. Qurum aqressiv ritorikadan çəkinməyə, həmçinin ərazilərin minalardan təmizlənməsi kimi vacib məsələdə əməkdaşlığa çağırıb.

Xatırladaq ki, 44 günlük Vətən Müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan mina təhlükəsi ilə üz-üzə qalıb. Hərbi əməliyyatların yekunlaşmasından 5 ay keçməsinə baxmayaraq, Ermənistan 30 il ərzində işğalda saxladığı ərazilərdə basdırdığı minaların xəritəsini hələ də təqdim etməyib. Rəsmi İrəvan bununla sülh prosesinə mane olmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarını qayıdış prosesini ləngitməyə və mülki şəxslər arasında daha çox itkilərin olmasına çalışır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bəyanat  





Xəbər lenti