Heyko Maas Əfqanıstana səfər edib

Heyko Maas Əfqanıstana səfər edib
  29 Aprel 2021    Oxunub:2212
Almaniyanın xarici işlər naziri Heyko Maas Əfqanıstana səfər edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirin səfəri NATO qoşunlarının ölkədən çıxarılmasına rəsmi başlanmadan iki gün əvvəl baş tutub.

“Almaniya Əfqanıstan xalqı üçün etibarlı tərəfdaş olaraq qalır”, -deyə Mass əlavə edib. Onun sözlərinə görə, qoşunların geri çəkilməsindən sonra Berlin Kabil ilə əməkdaşlığı davam etdirəcək.

Səfər zamanı almaniyalı nazir Əfqanıstan Prezidenti Əşrəf Qani ilə görüşəcək və “Məzari-Şərif”dəki hərbi bazanı ziyarət edəcək.

NATO mayın 1-dən başlayaraq qoşunlarının Əfqanıstandan çəkilməsini bir neçə ay ərzində həyata keçirməyi planlaşdırır. ABŞ və NATO artıq qoşunları bir neçə bazadan çıxarmağa başlayıb. ABŞ qoşunların geri çəkilməsindən sonra Əfqanıstandakı vəziyyətin fərqli ssenarilərlə inkişaf edə biləcəyini düşünür.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   XİN  





Xəbər lenti