Putin: `Ukraynada baş verənlər dövlət çevrilişidir` - VİDEO

Putin: `Ukraynada baş verənlər dövlət çevrilişidir` - VİDEO
  04 Mart 2014    Oxunub:1528
Rusiya prezidenti Vladimir Putin Ukrayna hadisələrilə bağlı mətbuat konfransı keçirir.
Konfransa başlamazdan öncə Vladimir Putin jurnalistlərə “bugünkü görüşü müsahibə kimi deyil, qarşılıqlı söhbət kimi keçirilməsini istərdim”,- deyərək, Ukrayna ilə bağlı ona ünvanlanan sualları cavablandırıb.

İlk növbədə Ukraynada baş verənləri özünməxsus şəkildə qiymətləndirən Vladimir Putin bildirdi ki, “Bu, hər şeydən əvvəl, konstitutsiya əleyhinə çevriliş və hakimiyyəti silah gücünə ələ keçirməkdir. Heç kim bunu dana bilməz. Kim deyir ki, belə deyil?!

Putin xatırladıb ki, prezident Yanukoviç üç Avropa ölkəsinin Polşa , Almaniya və Fransanın xarici işlər nazirlərinin, eləcə də mənim təmsilçim, Rusiya Federasiyasının insan haqları üzrə ombudsmanı Vladimir Petroviç Lukinin vasitəçiliyi ilə fevralın 21-də müxalifətlə iqtidar arasında razılaşma imzalayıblar: “Bunu bir fakt kimi xatırlatmaq istərdim, bu razılaşmaya əsasən Yanukoviç faktik olaraq hakimiyyəti təhvil verdi. O, müxalifətin tələb etdiyi hər şeyə razı oldu. Növbədənkənar parlament, hətta prezident seçkilərinin keçirilməsinə, 2004-cü ildəki konstitusiyasını yenidən bərpa etməyə razılıq verdi. O, həm bizim, həm Qərb ölkələrin, hər şeydən əvvəl isə öz müxalifətini güc tətbiq etməmək kimi xahişlərinə müsbət yanaşdı. Axı o, heç bir qeyri-qanuni əmr də vermədi”.

- Yanukoviç Xarkova gedən kimi, qabaqcadan işğal etdikləri inzibati binaları boşaltmaq əvəzinə, həm prezident iqmətgahını, həm də hökumət binasını ələ keçirdilər. Bununlada fevralın 21- də əldə olunmuş razılaşmanı pozdular. Mənə maraqlıdır, müxalifət bunu nə üçün, hansı məqsədlə etdi? Axı onusuz da Yanukoviç bütün hakimiyyəti təhvil vermişdi. Hesab edirəm, onsuz da onun yenidən prezident seçilmək şansı yoxdur. Bunu özünə də demişəm. Həmkarlarım da bilirlər,- deyə Putin bildirib.

Rusiya prezidenti sual edib: “Axı konstitutsiya əleyhinə addımlar atmaq, ölkənin bugünki səviyyə gətirib çıxarmaq nəyə və kimə lazımdır? Hələ də Ukraynada maskalı banditlər dolaşırlar. Bax, bu sualın cavabı yoxdur. Bu əməllərilə Ukraynanın həm, Şərq, həm də cənub-şərqini yerindən oynatdılar. Mənim fikrimcə, Ukraynadakı bu inqilabi vəziyyət hələ Ukrayna müstəqillik qazanan gündən başlayıb. Sadə ukraynalılar hakimiyyətin bütün dövrlərində əziyyət çəkiblər. Yaxşılığa doğru heç nə dəyişməyib. Korrupsiya o səviyyə çatıb ki, heç burada - Rusiyada biz yuxumuzda belə görə bilməzdik”.


Krıma yardım məsələsinə gəlincə Rusiya prezidenti belə bir planları olduğunu qeyd edib: “Yardımın qədəri və zamanı barədə heç bir məlumat verməyən Putin bildirib ki, ola bilsin, bu yardım birbaşa deyil, dolayı yolla həyata keçirilsin: “Ola bilər, Krıma kömək etmələri üçün Rusiyanın öz regionlarına yardım göndərdik”.

Krıma rus ordusunun yeridilməsi ilə bağlı Vladimir Putin hazırda buna ehtiyac olmadığını desə də, gələcəkdə Krıma hərbi müdaxiləni istisna etməyib.

Putin bu yaxınlarda həyata keçirilən hərbi təlimlərin Krımla heç bir əlaqəsi olmadığını və bu təlimlərin daha öncədən planlaşdırıldığını bildirib.

Putin deyib ki, Yanukoviç Ukraynada qalsa, öldürülə bilərdi: `O, bədbəxt nümayişçilərə atəş açmaq üçün hər hansı qeyri-qanuni göstəriş verməyib”.

O bildirib ki, Ukraynada bundan sonra kimin prezident olacağını təsəvvür etmir.

Putin Ukraynadakı hadisələrin `qərb təlimatçıları` tərəfindən yaxşı qurulduğunu deyib. Amma onun fikrincə, hakimiyyət möhkəm olsaydı, qərbli ssenaristlər heç nəyə nail olmayacaqdılar. Və əlavə edib ki, Rusiyada belə hallar mümkün deyil, çünki Ukraynada sosial şərtlər aşağı idi: `Bunu vaxtında düşünmək lazım idi`.

`Yanukoviçin səhvi nədə olub` sualina Putin `Mən buna cavab vermək istəmirəm, bu mənə yaraşmaz`,- deyə cavab verib.




Teqlər:  





Xəbər lenti