Rusiyada virusdan ölənlərin sayı 110 minə çatır

Rusiyada virusdan ölənlərin sayı 110 minə çatır
  29 Aprel 2021    Oxunub:2731
Rusiyada son sutka ərzində koronavirusa 9284 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 796 557 nəfərə çatıb.

Rusiyada son sutkada 364 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 109 731 nəfərdir. İndiyə qədər 4 419 540 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti