Çavuşoğlu Rusiyaya səfər edəcək

 Çavuşoğlu Rusiyaya səfər edəcək
  29 Aprel 2021    Oxunub:3315
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və səhiyyə naziri Fəxrəddin Qoca may ayında Rusiyaya rəsmi səfər edəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Çavuşoğlu bildirib.

“Səhiyyə naziri Fəxrəddin Qoca ilə Rusiyaya bir ziyarət planımız var. Səfərimizin Ramazandan sonra, may ayında reallaşması mümkün görünür”.

XİN rəhbəri vurğulayıb ki, Rusiya tərəfinin qəbul edəcəyi təqdirdə, ziyarət Qurban bayramı ərəfəsində, yəni 12 maydan əvvəl baş tuta bilər.

Çavuşoğlu Rusiyaya səfəri zamanı müzakirə ediləcək məsələlərdən birinin rusiyalı turistlərin Türkiyəyə qayıtma ehtimalı olduğunu deyib.

Rusiya hökuməti, Türkiyədə çox sayda koronavirusa yoluxma səbəbindən bu ölkəyə uçuşlarını 15 aprel-1 iyun tarixləri arasında dayandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Səfər   Rusiya   Türkiyə   XİN  





Xəbər lenti