Mişustin Paşinyanla bölgədə nəqliyyat əlaqələrinin açılmasını müzakirə etdi

 Mişustin Paşinyanla bölgədə nəqliyyat əlaqələrinin açılmasını müzakirə etdi
  29 Aprel 2021    Oxunub:3267
Rusiyanın baş naziri Mixail Mişustin erməni həmkarı Nikol Paşinyanla görüşüb.
Azvision.az “İnterfax”a istinadla xəbər verir ki, Mişustin Paşinyanla bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının vacibliyi barədə danışıb.

Baş nazir Rusiyanın Ermənistanla münasibətlərinə dəyər verdiyini, onun uzunmüddətli müttəfiq və strateji xarakter daşıdığını vurğulayıb. Mişustin bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatlar bitdikdən sonra qəbul etdikləri bəyanat birgə iş üçün böyük imkanlar açıb.

“Bu, ilk növbədə, bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması, yeni infrastruktur marşrutlarının yaradılmasıdır. Bütün bunlar Qafqaz bölgəsinin davamlı inkişafı üçün şərait yaradacaq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MixailMişustin  





Xəbər lenti