“BP Azerbaijan” SOCAR-a 1 milyard kubmetr səmt qazı verib
Rübün sonuna layihə üzrə müfəssəl mühəndis-layihələndirmə işləri ümumilikdə başa çatıb. İri avadanlıq yüklərinin və irihəcmli materialların tikinti-quraşdırma işlərinin qrafikini dəstəkləyərək Bakıya daşınması davam edib. Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Ağır yüklərin qaldırılması proqramı irəliləyib və bura aşağıdakı əməliyyatlar daxildir: alt göyərtənin bütün seksiyalarının quraşdırılması, üst göyərtənin ilk seksiyalarının öz mövqelərinə qaldırılması və bir neçə əsas qazma modulunun qaldırılması.
Mexaniki avadanlıq dəstlərinin quraşdırılması irəliləyib, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi işlərinə başlanıb. Mexaniki avadanlıq dəstlərinin yoxlanması və avadanlıqların çatdırılması davam edib, yaşayış modullarının və əsas gəmi yüklərinin çatdırılması plan üzrə irəliləyib. Yaşayış modulları İsveçdən yola salınıb və bu ilin ikinci rübündə Bakıya çatdırılacağı gözlənilir.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi həm quraşdırma sexlərində, həm də ştapelin üzərində olmaqla bütün sahələrdə davam edib. Sualtı qurğuların və birləşdirici dirsəklərin istehsal-quraşdırma işləri də davam edib.
Rüb ərzində, həmçinin ACE layihəsinin dəniz işlərinin digər hissələrini də irəli aparan fəaliyyətlər olub. Bunlara lay sularının idarə olunması ilə bağlı “Mərkəzi Azəri” platformasında aparılan işlər və “Şərqi Azəri” platformasında ACE platformasının “Azəri” yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlərə 2021-ci ilin ikinci rübündə başlanması üçün hazırlıqlar daxildir. Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi tamamlanıb və planlaşdırlmış modifikasiya işləri bu ilin dördüncü rübündə başlanacaq.
Ümumilikdə, 2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.
Azvision.az