Qozun içindən narkotik çıxdı

Qozun içindən narkotik çıxdı
  29 Aprel 2021    Oxunub:3547
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xuran Xeyrulla Aydın oğluna qohumu Bakı şəhər sakini Səlimxanov Araz Zeynal oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan qozun içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,608 qram olan narkotik vasitə heroin və ümumi çəkisi 0,262 qram olan psixotrop vasitə metamfetamin aşkar edilib.

Azvision.az


Teqlər:





Xəbər lenti