BP Azərbaycandakı layihələrə 614 min dollar xərcləyib

BP Azərbaycandakı layihələrə 614 min dollar xərcləyib
  29 Aprel 2021    Oxunub:2576
BP bu ilin ilk rübündə Azərbaycanda sponsorluq layihələrinə 284 min ABŞ dolları vəsait xərcləyib.
“BP Azerbaijan” şirkətindən Azvision.az -a bildirilib ki, üç ayda BP və onun əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşları isə Azərbaycanda sosial investisiya layihələrinə 330 min dollar vəsait sərf edib. Beləliklə də, BP həm özü, həm də tərəfdaşları ilə birgə yanvar-mart aylarında Azərbaycandakı layihələrə 614 min dollar vəsait sərf edib.

Qeyd edək ki, BP və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramlarına 90 milyon dollardan çox sərmayə yatırıb.

Azvision.az


Teqlər: BP   Layihə  





Xəbər lenti