ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa başladı

ABŞ Əfqanıstandan qoşunlarını çıxarmağa başladı
  30 Aprel 2021    Oxunub:2802
ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer deyib. Onun sözlərinə görə, bölgəyə ehtiyat tədbir olaraq əlavə qüvvələr və vasitələr göndərilib.

"Qoşunların çıxarılması prosesi başlayıb. Ötən həftə Pentaqon rəhbəri Lloyd Ostin ABŞ qoşunlarının Əfqanıstandan təhlükəsiz şəraitdə çıxarılmasını təmin etmək üçün Hərbi Qüvvələrin Mərkəzi Komandanlığının müvəqqəti olaraq əlavə vasitələrin yerləşdirilməsi tələbini təsdiqləyib", - deyən Ağ ev rəsmisi vurğulayıb ki, "B-52H Stratofortress" strateji bombardımançı təyyarələri ABŞ və koalisiya qüvvələrini qorumaq üçün Mərkəzi Komandanlığın məsuliyyət bölgəsində yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl isə NATO-nun “Qətiyyətli dəstək” əməliyyatında iştirak edən qüvvələrinin Əfqanıstandan çıxarılmasına başlanılıb.

Azvision.az


Teqlər: ABŞ   Əfqanıstan   NATO  





Xəbər lenti