Dünyada COVID-19-la bağlı son vəziyyət

 Dünyada COVID-19-la bağlı son vəziyyət
  30 Aprel 2021    Oxunub:1579
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 151 milyon 143 min 582 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 179 min 495 nəfərdir. İndiyədək 128 milyon 550 min 699 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 870 419 nəfər koronavirusa yoluxub, 14 886 nəfər vəfat edib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 044 068 nəfər virusa yoluxub, 589 207 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 18 762 976 nəfərdə virus aşkar edilib. Xəstələrdən 208 330 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 14 592 886 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 401 417 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 592 390 yoluxma, 104 224 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Rusiyada 4 796 557 nəfər virusa yoluxub ki, onlardan 109 731-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti