Hindistanda rekord yoluxma qeydə alındı

Hindistanda rekord yoluxma qeydə alındı
  30 Aprel 2021    Oxunub:1497
Hindistanda son sutkada koronavirusa 386 452 yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu, pandemiya başlayandan bəri ən yüksək sutkalıq göstəricidir. İndiyədək Hindistanda 18 762 976 nəfər koronavirusa yoluxub, 208 330 pasiyent dünyasını dəyişib. 15,3 milyon xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti