Qırğızıstan-Tacikistan sərhədində ölənlərin sayı 20-yə çatdı

Qırğızıstan-Tacikistan sərhədində ölənlərin sayı 20-yə çatdı
  30 Aprel 2021    Oxunub:1755
Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı qarşıdurmada ölənlərin sayı 20 nəfərə çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yaralıların sayı 150 nəfərdir. Ölənlərdən üç, yaralılardan isə 22 nəfəri hərbçilərdir.

Bundan əvvəl 13 nəfərin öldüyü, 134 nəfərin yaralandığı barədə məlumat verilmişdi.

Silahlı qarşıdurma 6 saat davam edib. Dünən axşam tərəflər atəşin dayandırılması və qüvvələrin sərhədlərdən çəkilməsi barədə razılığa gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tacikistan  





Xəbər lenti