Almaniyada bir gündə 24 mindən çox yoluxma olub

Almaniyada bir gündə 24 mindən çox yoluxma olub
  30 Aprel 2021    Oxunub:1545
Almaniyada son bir gündə 24 329 nəfər koronavirus infeksiyasına yoluxub, 306 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 3 381 597 yoluxma halı aşkarlanıb, 82 850 mindən çox ölüm faktı qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti