ABŞ Senatı Nulandın namizədliyini təsdiqlədi

 ABŞ Senatı Nulandın namizədliyini təsdiqlədi
  30 Aprel 2021    Oxunub:2750
ABŞ Senatı Viktoriya Nulandın dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə namizədliyini yekdilliklə təsdiqləyib.
Azvision.az bu barədə “TASS”a istinadla xəbər verir.

Məlumata görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden 59 yaşlı Nulandın fevral ayında namizədliyini irəli sürüb. O, tezliklə and içəcək.

Bundan əvvəl Nuland dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi olub. O, 2013-cü ilin sentyabrından 2017-ci ilin yanvarına qədər ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyasında, xüsusilə postsovet dövlətləri üzrə siyasətlə bağlı məsələlərə nəzarət edib.

Nuland 2014-cü ildə Kiyevdəki kütləvi etiraz aksiyaları zamanı nümayişçiləri açıq şəkildə dəstəkləyib. 2019-cu ilin mayında Rusiya Nulanda viza verməkdən imtina edib və onun ABŞ-ın sanksiyalarına cavab olaraq Moskvanın hazırladığı "qara siyahı"ya daxil olduğunu söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ViktoriyaNuland  



Xəbər lenti