Ermənistanda koronavirusa yoluxma sayı 216 mini ötdü

Ermənistanda koronavirusa yoluxma sayı 216 mini ötdü
  30 Aprel 2021    Oxunub:1392
Ermənistanda son sutka ərzində daha 536 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 216 064 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 21 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4108-ə çatıb. Koronavirusa yoluxub, digər xəstəliklərdən ölənlərin sayı 1018 nəfərdir.

Hazırda ölkədə 12 803 aktiv xəstə var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Emənistan  





Xəbər lenti