Xarici işlər nazirinə yeni müavin təyin olundu

Xarici işlər nazirinə yeni müavin təyin olundu
  30 Aprel 2021    Oxunub:2926
Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin edilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən Elnur Məmmədov nazir müavini təyin olunub.

Qeyd edək ki, bu təyinatdan əvvəl Elnur Məmmədov Xarici İşlər Nazirliyinin Ümumi katibliyinin rəisi vəzifəsində çalışıb. O, müxtəlif illərdə təhsil nazirinin müşaviri, Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində işləyib.

Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.

Azvision.az


Teqlər: ElnurMəmmədov   XİN  





Xəbər lenti