Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başladı

 Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başladı
  30 Aprel 2021    Oxunub:3307
Qırğızıstan-Tacikistan sərhədinin Leyl bölgəsində yenidən atışma başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, atışma bir saatdır davam edir.

Aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin sakinləri arasında insident baş verib. Daha sonra iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurma yaşanıb.

Toqquşma altı saatdan çox davam edib. Hadisə nəticəsində 150-dən çox insan yaralanıb, 20 nəfər ölüb. Axşam saatlarında tərəflər atəşkəs və qüvvələrin sərhəddən çəkilməsi barədə razılığa gəlmişdilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tacikistan   Qırğızıstan   Sərhəd   Atışma  





Xəbər lenti