ABŞ ruslara viza verilməsini dayandırır

ABŞ ruslara viza verilməsini dayandırır
  30 Aprel 2021    Oxunub:1905
ABŞ-ın Rusiyadakı səfirliyi diplomatik səyahət xaricində qeyri-immiqrant vizaları üçün müraciətlərə baxılmasını dayandırır.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Moskvadakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, 12 maydan etibarən ABŞ-ın Moskvadakı səfirliyi təklif etdiyi konsulluq xidmətlərinin sayını azaldır. Bu xidmətlərə yalnız ABŞ vətəndaşları, həyat və ölümlə əlaqəli çox məhdud immiqrasiya vizaları daxil ediləcək. Vəziyyət Rusiya hökumətinin Amerika diplomatik nümayəndəliyinin xarici vətəndaşları işə götürməsini qadağan etmək niyyətini bildirməsi ilə əlaqədardır.

"Diplomatik olmayan səyahətlər üçün qeyri-immiqrant vizalarının verilməsi dayandırılacaq", - deyə səfirlik bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Viza  





Xəbər lenti