Rusiyada virusdan ölənlərin sayı 110 mini keçdi

 Rusiyada virusdan ölənlərin sayı 110 mini keçdi
  30 Aprel 2021    Oxunub:2343
Rusiyada son sutka ərzində koronavirusa 8731 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 805 288 nəfərə çatıb.

Rusiyada son sutkada 397 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 110 128 nəfərdir. İndiyə qədər 4 427 946 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti