Azərbaycan XİN İsrailə başsağlığı verib

 Azərbaycan XİN İsrailə başsağlığı verib
  30 Aprel 2021    Oxunub:1705
Azərbaycan Xarici İşlər Nazirliyi Meron dağı yaxınlığında keçirilən Laq Ba-Omer dini mərasimi zamanı yaranan izdihamda 44 nəfərin ölümü ilə bağlı İsrailə başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in rəsmi tvitter hesabında paylaşım edilib.

“Meron dağındakı kütləvi Laq Ba-Omer tədbirindəki faciəvi hadisə ilə bağlı xəbərlər bizi çox kədərləndirdi. Bu dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökuməti və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti