Prezident sərəncam imzaladı

   Prezident sərəncam imzaladı
  30 Aprel 2021    Oxunub:3109
Prezident Ilham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikası Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2020-ci il dekabrın 29-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 1 və Xızı 3 Külək Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilib.

Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində göstərilən müqavilənin həyata keçirilməsi üçün zəruri tədbirlər görməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti