Nazir Ermənistanla əlaqələrin normallaşmasına münasibət bildirdi

 Nazir Ermənistanla əlaqələrin normallaşmasına münasibət bildirdi
  30 Aprel 2021    Oxunub:3447
Azərbaycan gələcəyə baxmağın tərəfdarıdır.

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Gabrielius Landsbergis ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
XİN rəhbərinin sözlərinə görə, işğal faktına son qoyulması Azərbaycan və Ermənistan arasında addım-addım vəziyyətin normallaşmasına əsas yarada bilər.

“Biz hər zaman qeyd etmişik ki, Azərbaycan beynəlxalq hüquq və normalarına uyğun olaraq suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında bu addımları atmaq, qarşılıqlı şəkildə münasibərləri normallaşdırmağın tərəfdarıdır. Bu, yalnız region ölkələri üçün deyil, daha geniş mənada həm regional, həm beynəlxalq təhlükəsizlik baxımından bütün məsuliyyətli xarici aktorların marağında olmalıdır", - deyə C.Bayramov əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti