“Mina xəritələri məsələsini Ermənistanda qaldırdıq” - Litva XİN rəhbəri

 “Mina xəritələri məsələsini Ermənistanda qaldırdıq” -  Litva XİN rəhbəri
  30 Aprel 2021    Oxunub:3543
"Ermənistanda olanda minalanmış ərazilərin xəritələri barədə onlardan da soruşduq. Biz soruşuruq ki, necə olacaq? Bu sualı Ermənistanın qarşısında da qaldırırıq”.
Azvision.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Gabrielius Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

XİN başçısı bildirib ki, mina xəritəsi ilə bağlı məsələ qaldırılmalıdır, çünki bu, həll olunmayıb:

"Biz regionda vəziyyətin yaxşılaşmasını görürük. Lakin əlavə tədbirlərə ehtiyac var. Çünki həll olunmamış məqamlar var. Biz də düşünürük ki, nə edə bilərik? Regionda uzunmüddətli sülhün saxlanılması üçün tədbirlər görülməlidir. Bu, Azərbaycanın marağındadır, Azərbaycan da bilmək istərdi ki, sərhədin o tərəfindən təhlükə gəlməyəcək? İnanıram ki, bununla bağlı həll yolları tapıla bilər".

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Litva   XİN   Mina   Ermənistan  



Xəbər lenti