Saakaşvili: “Rusiya Krımda etnik təmizləmə aparacaq”

Saakaşvili: “Rusiya Krımda etnik təmizləmə aparacaq”
  04 Mart 2014    Oxunub:1018
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili CNN telekanalına müsahibə verib.
CNN telekanalı Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilidən Vladimir Putini yaxından tanıyan biri kimi , eləcə də Ukrayna müxalifəti ilə yaxından işləyən biri kimi Ukrayandakı vəziyyəti dəyərləndirməsini, xüsusi ilə də Vladimir Putinin Krımla bağlı atacağı addımlar barəsində münasibət öyrənib.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentina Livaçenko ilə uzun- uzadı danışıqlar apardığını deyən Saakaşvili qeyd edib ki, Rusiya prezidenti Valadimir Putin Ukraynaya qarşı hərbi müdaxiləyə hazırlaşır.

“Valentino Livaçenko təsdiq etdi ki , Rusiya Ukraynaya hücuma hazırlaşır. Onun hərbi gəmiləri Krımı əhatəyə alıb. Çox güman ki, qarşıdurma başlayarsa böyük itkilər olacaq. Xatırladım ki, Putin mənim ölkəmə də soxulması nəticəsində minlərə insan öldürüldü. Yarım milyon gürcü məcburi köçkün oldu. Yurd yuvasından didərgin salındı. Hazırda Krımı da belə bir aqibət gözləyir. Vladimir Putin bir zamanlar Gürcüstanda olduğu kimi Krımda da etnik təmizləmə siyasəti yürütmək istəyir. Bildiyiniz kimi Krımda yaşayan tatarlar Rusiya işğalı altında yaşamaq istəmirlər”-deyə Saakaşvili bildirib.

Gürcüstanın keçmiş prezidentinin fikrincə Rusiya prezidentinin yürütdüyü hazırki siyasət bütün dünya ölkələrini çulğalayan böhranla nəticələnəcək: Putin belə davam edərsə problem daha da böyüyəcək, Suriyadakı vəziyyətdən tutmuş, maliyyə birjalarına kimi , avropadakı vəziyyətə və hətta Amerikanın öz daxili siyasətinə təsir edəcək, bir sözlə demək istəyirəm ki, bu, saatbasaat güclənən böyük bir böhrandır.

CNN-in aparıcısının müharibə olacaqmı və olacaqsa necə, havadanmı quradanmı və ya sudanmı həyata keçiriləcək deyə verdiyi suala cavab olaraq Saakaşvili deyib ki, “Çox guman ki, Putin Ukraynaya havadan zərbələr endirsin. Lakin Ukraynanın Rusiyanın hərbi hava qüvvələrini dəf edəcək kifayət qədər güclü ordusu var”.

Mixeil Saakaşvili ABŞ prezidenti Barak Obamanın “ V. Putin belə davam edərsə ona baha başa gələcək” deməsini təqdir etdiyini bildirib. Hər kəs Obamanın fikrini dəstəkləyir. Nəinki Ukrayna, hamımız təhlükədəyik. Odur ki, bizim Qərb müttəfiqlərimizin köməyinə ehtiyacımız var. NATO sülh naminə bizə kömək etməlidir.

Sonda Saakaşvili əminliklə qeyd edib ki, “ABŞ -ın Krımda baş verənlərdən yaxşı xəbəri var. ”

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti