Ermənistanda daha bir COVİD xəstəsi özünü pəncərədən atdı

Ermənistanda daha bir COVİD xəstəsi özünü pəncərədən atdı
  30 Aprel 2021    Oxunub:2594
Ermənistanda koronavirus xəstəsi müalicə aldığı xəstəxanada intihara cəhd edib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Qeyd edilir ki, COVID-19 xəstəliyinə yoluxan şəxs özünü pəncərədən atıb:

"Bu ay ikinci vətəndaşdır ki, koronavirusdan müalicə aldığı tibb mərkəzindən özünü pencərədən atır. Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin şəxsin 77 yaşı var və aprelin 17-dən bəri xəstəxanada idi".

Xatırladaq ki, analoji hadisə aprelin 7-də də baş vermişdi. Belə ki, koronavirusa yoluxmuş 72 yaşlı şəxs özü üxəstəxananın pəncərəsindən atıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti