Paşinyan Rusiyada gülünc vəziyyətə düşdü - VİDEO
"Savadsızlığın daha bir nümunəsi. Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə Qarabağ müharibəsini "bərpa" etdiyinə görə təşəkkür etdi. O, Rusiya və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Dağlıq Qarabağdakı müharibənin "bərpa"sında rol oynadığını dedi", - deyə erməni KİV-ləri yazıb.
Qeyd edək ki, rus dili biliyi bərbad olan Nikol Paşinyan Rusiyaya təşəkkür edərkən "müharibəni dayandırdığı üçün" demək əvəzinə "müharibəni bərpa etdiyinə görə" ifadəsini işlədib.
Tural Tağıyev
Azvision.az