Prezidentlər sərhəddəki vəziyyəti müzakirə ediblər

Prezidentlər sərhəddəki vəziyyəti müzakirə ediblər
  30 Aprel 2021    Oxunub:2836
Qırğızıstan Prezidenti Sadr Japarov və Tacikistanın dövlət başçısı Emoməli Rəhmon iki ölkə sərhədindəki münaqişənin sülh yolu ilə həll edilməsi barədə razılığa gəliblər.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, iki prezident arasında telefon danışığı zamanı ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında yaxşı qonşuluq ruhunda konstruktiv dialoq baş tutub.

"Prezidentlər dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində gərginliyin mümkün qədər tez aradan qaldırılması üçün tədbirləri müzakirə ediblər. Onlar mövcud vəziyyətin yalnız sülh yolu ilə həll edilməsi, bu ilin may ayının ikinci yarısında Düşənbədə üz-üzə görüş barədə razılığa gəliblər", - məlumatda vurğulanıb.

Xatırladaq ki, sərhəddə baş verən qarşıdurmada ölən Qırğızıstan vətəndaşlarının sayı 31-ə çatıb, 154 nəfər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qırğızıstan   Tacikistan   Prezident  





Xəbər lenti