Ali Məhkəmənin Cinayət Kollegiyasının yeni tərkibi təsdiqləndi

Ali Məhkəmənin Cinayət Kollegiyasının yeni tərkibi təsdiqləndi
  30 Aprel 2021    Oxunub:3439
Bu gün Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu keçirilib.
Ali Məhkəmədən Azvision.az -a verilən xəbərə görə, plenumda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının yeni tərkibi və Azərbaycan Respublikası Ali Məhkəməsi Bülleteninin redaksiya heyəti təsdiq edilib.

Plenumda həmçinin konkret işlərə baxılıb.

Azvision.az



Teqlər:





Xəbər lenti