Azərbaycan və Litva arasında Fəaliyyət Planı imzalandı
Qeyd olunub ki, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığa dair imzalanan Saziş əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə şərait yaradıb. Son illərdə icra olunmuş “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək“ Tvinninq layihəsinin icrasında da Litva əsas tərəfdaşlardan biri olub.
İmzalanan Fəaliyyət Planına əsasən həssas qrupdan olan vətəndaşların məşğulluğunun dəstəklənməsi, gənclərin əmək bazarına çıxış imkanlarının artırılması, peşə hazırlığı və digər aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində əməkdaşlıq həyata keçiriləcək, təcrübə mübadilələri aparılacaq.
Azvision.az