Son sutkada neçə nəfər peyvənd olunub?

 Son sutkada neçə nəfər peyvənd olunub?
  30 Aprel 2021    Oxunub:2446
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 639 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 311 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 488 218, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 966 132, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 522 086 nəfərə çatıb.

Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  





Xəbər lenti