Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi

Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
  30 Aprel 2021    Oxunub:3297
Aprelin 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşların müraciətini onlayn formatda dinləyib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) Azvision.az -a bildirilib ki, müraciətlər, əsasən, miqrasiya xidmətləri, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin işə qəbulla bağlı olub. Müraciətlərin əksəriyyəti yerində həllini tapıb. Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.





Azvision.az


Teqlər: DövlətMiqrasiyaXidməti  





Xəbər lenti