Türkiyə Ordusunda növbəti FETÖ əməliyyatı

 Türkiyə Ordusunda növbəti FETÖ əməliyyatı
  01 May 2021    Oxunub:2965
Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat başlayıb.
İstanbul Baş Prokurorluğu tərəfindən ölkənin 48 vilayətində paralel keçirilən əməliyyatlar zamanı Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatları ilə əlaqədə olmaqda şübhəli bilinən 166 üzvünün saxlanılmasına qərar verilib. Saxlanılan 139 hərbçidən dördü baş leytenant olmaqla, 18 nəfər həbs edilib. Hazırda daha 27 nəfərin axtarışları davam edir.

Bundan başqa, İzmir vilayətində keçirilən əməliyyatlarda saxlanılan 221 hərbçidən 127-si həbs olunub. Əməliyyatlar davam etdirilir.

Azvision.az


Teqlər: Türkiyə   FETÖ  





Xəbər lenti