Türkiyədə koronavirusdan ölüm sayı 40 mini ötdü

   Türkiyədə koronavirusdan ölüm sayı 40 mini ötdü
  01 May 2021    Oxunub:2347
Türkiyədə son sutka ərzində 394 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 31 min 891 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 820 min 591, pandemiya qurbanlarının sayı isə 40 min 131 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 323 min 897 pasiyent (son sutkada 68 min 183 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti