Rusiya və Ermənistan Baş Qərargah rəisləri görüşdülər

Rusiya və Ermənistan Baş Qərargah rəisləri görüşdülər
  01 May 2021    Oxunub:4397
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Moskvada ermənistanlı həmkarı Artak Davtyanla görüşüb.
Azvision.az xəbər verir ki, danışıqlar nümayəndə heyətləri səviyyəsində keçirilib. Görüşdə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığına dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, bu, Rusiya və Ermənistan Baş Qərargah rəislərinin aprel ayında ikinci görüşüdür. Daha öncə onlar aprelin 14-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin iclası çərçivəsində görüşüblər.

Azvision.az


Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti